Bill Qeyts “Microsoft”un direktorlar şurasını tərk etdi

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts şirkətin direktorlar şurasını tərk etmək qərarına gəlib.

Şirkət tərəfindən yayılan press-relizdə bildirilir ki, iş adamı xeyriyyəçilik fəaliyyətinə daha çox zaman ayırmaq istəyir. O, daha öncə baş direktor postunu da məhv bu səbəbə görə tərk etmişdi.

Lakin Qeyts şirkətdə baş direktor Satya Nadellanın müşaviri rolunda qalacaq. 

Xatırladaq ki, Qeyts dünya şöhrətli korporasiyanı 1975-ci ildə Pol Allen ilə birlikdə yaradıb. Biznesmen “Forbes”in planetin ən zəngin insanları reytinqində ikinci yeri tutur.

 

0.35144686698914