Qaxda fərdi yaşayış evi yanıb - VİDEO

Qaxda yaşayış evində yanğın baş verib.

Baku.TV xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti, döngə 1, ev 5 ünvanında Sabiddin Muradova məxsus ümumi sahəsi 140 kvadratmetr olan fərdi yaşayış evində qeydə alınıb. 

Yanğın zamanı ikiotaqlı evin bir otağı və eyvanı içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. 

Hadisə yerinə Qax rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. 

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

0.30354189872742