Dəhşətli qəza: Təcili yardım maşını taksi ilə toqquşdu - ANBAAN VİDEO

Sayrışan işıqları yandırılmış halda son sürətlə hərəkət edən və işıqforun qırmızı işığında keçən təcili yardım maşını taksi ilə toqquşub.

REN TV dəhşətli qəzanın görüntülərini yayımlayıb.

Kadrlardan görünür ki, qəzadan sonra təcili yardım maşını aşır və bu halda metrlərlə sürüklənir.

Məlumata görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində baş verib. Qəza nəticəsində təcili yardım maşınında olan üç nəfər xəsarət alıb.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

 

0.32332897186279