Makqreqor xalasının koronavirusdan ölməyi ilə bağlı xəbəri təkzib edib

İrlandiyalı qarışıq döyüş növləri döyüşçüsü Konor Makqreqor xalası Ennin ölüm səbəbinin koronavirus olmadığını bildirib.

“Xalamın ölümü ilə bağlı verdiyiniz baş sağlığına görə hər kəsə minnətdaram. Lakin bildirmək istəyirəm ki, xalamın koronavirusun qurbanı olmadığı təsdiqlənib.

Biz onun dəfninə hazırlaşırıq və mən bilirəm ki, əksəriyyətimiz yaxın həftələrdə virusla üzləşəcəyik. Sizin hamınızdan qarşıdan gələn gərgin günlərdə dostlarınızın və ailənizin yanında olmaq üçün əlavə səylər göstərməyinizi xahiş edirəm. Bu kədərli gündə görtərdiyiniz dəstəyə görə ailəmin adından isə minnətdarlığımı bildirirəm”, - irlandiyalı “Instagram” səhifəsində yazıb.

Xatırladaq ki, bir müddət öncə Makqreqor özünün “Instagram” hesabında xalasının koronavirusdan vəfat etdiyini bildirmişdi. İdmançı hər kəsi virusa yoluxmamaq üçün əl və üzün gigiyenasına diqqət etməyə səsləmişdi.

 

0.33516001701355