Azərbaycanın Belçikadakı səfirliyində “qaynar xətt” yaradıldı

Koronavirusla əlaqədar Azərbaycanın Belçikadakı səfirliyində “qaynar xətt” fəaliyyətə başlayıb.

Bu barədə Azərbaycanın Belçikadakı səfirliyindən bildirilib.

“Belçikada yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən həftənin yeddi günü, 24 saat açıq olan “qaynar xətt” yaradılıb”, - deyə məlumatda qeyd edilir.

Qaynar xətt nömrəsi: +32 484 41 26 61

0.30134916305542