Şəmkirdə azyaşlını maşın vurub öldürdü

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. 

2011-ci il təvəllüdlü Nağıyev Elmar Zaur oğlu yolu keçmək istəyən zaman “Mercedes” markalı mikroavtobus onu vurub. Xəsarət alan azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır. 

0.30398106575012