Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Bakunews.media-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis kapitanı Zaur Əliəkbərov Şəki Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, indiyədək bu vəzifəni polis mayoru Rasim Namazov yerinə yetirib. 

O, bir müddət əvvəl Şəki ŞRPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

İlhamə Əbülfət

0.30897402763367