Azərbaycanda “Təhlükəsizliyimiz milli həmrəyliyimizdədir” adlı sosial çarx çəkildi – VİDEO

Azərbaycanda koronavirusla mübarizə çərçivəsində növbəti sosial promoçarx çəkilib.

Bakunews.media xəbər verir ki, videoçarx vətəndaşlarımızı cürbəcür əsassız şayiələrə inanmaqdan çəkindirmək və xəstəliyin dünyada tüğyan etdiyi dönəmdə gigiyena qaydalarına ciddi yanaşmağı təşviq etmək məqsədi daşıyır.

Həmçinin, videoçarxın müəllifləri xalqımıza yaşlı, xüsusən də kimsəsiz insanlara biganə qalmamağı tövsiyə edir.

Həqiqətən də, bizim təhlükəsizliyimiz milli həmrəyliyimizdədir.

 

0.33466100692749