Bakının bu ərazisində təbii qazın verilişi dayandırıldı

Bakının Nəsimi rayonu ərazisində təbii qazın verilişi dayandırılıb.

Bakunews.media xəbər verir ki, Nəsimi rayonu, Cavadxan küçəsi, 29 ünvanında əhaliyə təbii qazın verilişi məhdudlaşdırılıb. Məhdudlaşdırmaya səbəb ərazidən keçən qaz xəttində qeydə alınan qəzadır.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Bakunews.media-a açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, sözügedən ərazidə qəza səbəbindən baş verən problemlərin aradan qaldırılması istiqamətində işlər görülür:

“Ərazidən keçən yeraltı qaz xəttində qəza baş verib. Bu səbəbdən, təhlükəsizlik məqsədilə ərazi üzrə təbii qazın verilişi dayandırlıb. Mövcud problem aradan qaldırıldıqdan sonra təxminən üç saat ərzində təbii qazın verilişi bərpa ediləcək”.

Könül Cəfərli

0.28892612457275