İsrail ordusu bir gündə "Hizbullah"ın 400 hədəfini məhv edib

İsrail Hərbi Hava Qüvvələri gün ərzində Livanın cənubuna kütləvi zərbələr endirərək "Hizbullah" hərəkatının silahlı qanadının 400-ə yaxın atəş nöqtəsinə hücum edib.

Bakunews.media TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari məlumat verib.

"Ümumilikdə, bu gün raket buraxıcı qurğular da daxil olmaqla, təxminən 400 "Hizbullah" hədəfini vurduq", - deyə o bildirib.

0.38669419288635