Narkotacir “Baba” Siyəzəndə tutuldu - FOTO

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik maddə satmaq məqsədilə karantin qaydalarını pozaraq, rayon ərazisində hərəkət edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayonda “Baba” ləqəbi ilə tanınan əvvəllər məhkum olunmuş Musa Paşayev idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsilə saxlanılaraq, polis şöbəsinə gətirilib.

Burada onun üzərinə keçirilən şəxsi axtarış zamanı satış üçün hazırlanmış ümumilikdə 15 bükümdə olan narkotik maddələr - heroin, metamfetamin və qurudulmuş marixuana, iki ədəd bıçaq, eləcə də, nəqliyyat vasitəsindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

M.Paşayev dindirilmə zamanı narkotik maddələrin ona məxsusluğunu və rayon ərazisində onların satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

0.4277811050415