Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO

Zaqatala Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. 

Bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən iki televizorun və müxtəlif spirtli içkilərin oğurlandığı müəyyən edilib.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin əvvəllər məhkum olunmuşlar - Zaqatala rayonu Danaçı kənd sakini, 23 yaşlı  Hacımurad Adamov və Şamaxı rayon sakini, 26 yaşlı Baloğlan Xankişiyev olduğu müəyyən edilib.

Onlar tutularaq istintaqa təhvil verilib, oğurladıqları televizorlar satdıqları şəxsdən, spirtli içkilər isə özlərindən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işinə başlanılıb, saxlanılanların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır. 

0.38022804260254