Partiya sədri: Dəstəyə təşəkkür bildirilməsini müsbət hal kimi qiymətləndirirəm

"Dəstəyə təşəkkür bildirilməsini müsbət hal kimi qiymətləndirirəm"

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi adından oğlu Abdul Oruclunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür etməsini Bakunews.media-ın əməkdaşı ilə söhbətində deyib. 
"Həm dövlət başçısı İlham Əliyev tərəfindən göstərilən dəstək, həm də Əhməd Orucun ailəsi tərəfindən bu dəstəyə təşəkkür bildirilməsini müsbət hal kimi qiymətləndirirəm. Bunu ancaq alqışlamaq lazımdır." - ALDP sədri bildirdi.
Onun sözlərinə görə, artıq 5 aydır ki, digər bir müxalifətçi Oqtay Gülaliyevin Türkiyədə müalicə xərclərin Heydər Əliyev Fondu tərəfindən ödənilir. F. Əliyev hər ikisinə Allahdan şəfa diləyib.
"Ümumiyyətlə, son vaxtlar hakimiyyət iqtidar-müxalifət münasibətlərinin normalaşmasında bir neçə müsbət addımlar atıb. Son günlərdə iki partiyanın qeydiyyata alınması kimi addımları qeyd etmək olar. Bu günlərdə Ali Məhkəmənin plenum iclasında iki müxalifətçiyə bəraət verilməsini də buraya aid etmək olar."-Fuad Əliyev qeyd etdi.
ALDP sədrinin sözlərinə görə, hakimiyyət tərəfindən edilən müsbət addımlar karantin rejimində davamlı olarsa onda biz iqtidar-müxalifət münasibətlərinin yeni mərhələsinə addımlaya bilərik.

0.050958871841431