Bakıda səhər saatlarında qadın bıçaqlandı - Rəfiqəsi TUTULDU
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı "Qafqazinfo"ya bildirib ki, hadisə bu gün 06:40-da rayonun 28 May küçəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü A.H-ya naməlum şəxs tərəfindən kəsici-deşici alətlə xəsarət yetirildiyi və xəstəxanaya yerləşdirildiyi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Hadisə ilə bağlı ərazi Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.
Hadisənin rəfiqələr arasında baş verdiyi qeyd olunub. Yaralı xəstəxanaya çatdırılıb, həyatı üçün təhlükənin olmadığı bildirilib.