BRICS-də vahid rəqəmsal infrastruktur yaradıla bilər

Rusiya Prezidenti Vladimir Putin BRICS çərçivəsində vahid rəqəmsal infrastrukturun yaradılmasının zəruriliyini bəyan edib.

Bakunews.media-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə o, BRICS Biznes Forumunda çıxışı zamanı danışıb.

Putinin sözlərinə görə, bu iş çərçivəsində BMT-nin sənaye inkişafı bazasında BRICS Kompetensiya Mərkəzinin açılması planlaşdırılır.

"Biz rəqəmsal sahə üzərində işləyirik, birgə elektron ticarəti inkişaf etdiririk, internet və süni intellekt texnologiyalarının tətbiqi, "böyük məlumatlar"ın emalı ilə məşğul oluruq. Sənayenin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığı dərinləşdirmək üçün BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) nəzdində BRICS Kompetensiya Mərkəzi açılacaq. Perspektivdə BRICS-in vahid rəqəmsal infrastrukturunu yaratmaq lazım gələcək", - deyə Rusiyanın dövlət başçısı bildirib.

O qeyd edib ki, burada biometriyanın istifadəsi, informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə biznesin, ictimaiyyətin, müvafiq hakimiyyət orqanlarının razılaşdırılmış yanaşmalarını müəyyən etmək vacibdir.

0.064913988113403