ALDP 400 min azərbaycanlılarla bağlı prezidentə müraciət edib

Baku News ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının on-line iclasını keçirib. İclasda qarşıdan gələn 28 may – Respublika günü ilə bağlı İkinci Dünya Müharibəsində kommunist və sovet diktaturasına qarşı mübarizə aparan azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsiylə bağlı müraciət qəbul olunub.
On-line iclasda 28 may – Respublika günü ilə bağlı təklif olundu ki, vətəndaşlarımız karantinə görə Bayraq aksiyasını Azərbaycan bayrağını yaşadığı evlərinin pəncərə və eyvanlarından asmaları ilə keçirsinlər. Bununla bağlı vətəndaşlara müraciət qəbul olundu.
Sonra İkinci Dünya Müharibəsində kommunist və sovet diktaturasına qarşı mübarizə aparan azərbaycanlıların xatirəsinin əbəfiləşditilməsiylə bağlı Dövlət başçısına müraciət qəbul olunub.
Müraciətdə deyilir:
İkinci Dünya Müharibəsində kommunist və sovet diktaturasına qarşı mübarizə aparanlar arasında 400000 minə yaxın azərbaycanlı olub. 1942-ci ildə Polşada azərbaycanlılardan ibarət 2 alay ( 804 və 805 ) təşkil olunmuşdu. 1943-ci ildə isə Ukraynada – Poltava vilayətində azərbaycanlılardan ibarət daha 6 alay ( 806, 807, 817, 818, 819 və 820 ) yaradılmışdı. İsrafilbəy, Fətəlibəyli kimi hərbçilərin rəhbərliyi ilə azərbaycanlılardan təşkil olunmuş 10 alay Qafqaz, Ukrayna, Krım, Belorusiya və Polşada döyüşlərdə iştirak edib. Onların hamısı Azərbaycanın müstəqilliyi uğrunda, kommunist rejiminə qarşı vuruşublar. Hansı ki, 1918-ci il mayin 28-də Azərbaycanın müstəqilliyinin müvəqqəti də olsa əldə edilməsi uğrunda canlarından keçənlərin yollarını 24 ildən sonra davam etdiriblər. 1990-cı ilin qanlı yanvarında yenidən müstəqilliyimizin əldə edilməsindən ehtiyatlanan sovet ordusu 1918-ci ildən bu yolda mübarizə aparanların ardıcıllarına qarşı amansız oldu. Qanlı 1990-cı il 20 Yanvarda həlak olanların şərəfinə abidə ucaldıldı. Amma bu şərəf üçün 1943-cı ildə sinələrini sipər çəkənlər olublar ki, bu gün onlar dövlət səviyyəsində yad edilmir, xatırlanmırlar.
Azərbaycan Liberal Demokrat Partiyası olaraq 28 May Respublika günü – Azərbaycanın müstəqiliyinin ərəfəsində İkinci Dünya Müharibəsində Azərbaycanın müstəqilliyı uğrunda kommunist və sovet rejiminə qarşı mübarizə aparanların xatirəsinin əbədiləşdirilməsi üçün şəhərin parkların birində abidə kompleksi ucadılsın.

0.52255797386169