Fizuli Kərimov: Dünya bilməlidir ki, bu torpaqlar bizim olub

Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Fizuli Kərimov Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunmasını şərh edərkən deyib.
“Gecdə olsa, nəhayət, bu addım atılıb. Dünya bilməlidir ki, bu torpaqlar əzəldən bizim olub. Tarixə ekskurs edəndə, xəritəyə baxanda İrəvan xanlığın ərazisini görürük və bu ərazidə ermənilərə aid heç nə olmayıb ”- F.Kərimov bildirib.
Ermənilərin İrəvan xanlığına və Qarabağa köçürülməsi ilə bağlı tarixi faktların olduğunu bildirən müşavir “Misal üçün 1978-ci il Dağlıq Qarabağın Ağdərə rayonunun Marağa kəndində İrandan köçürülmənin 150 illiyi münasibətilə abidə ucaldılmışdır. Ermənilərin gəlmə olduqları haqqında N.Adons, M.Abeqyan, İ.Şopen, F.Lenormanın maraqlı fikirləri vardır. Torpaqlar işğal edəndən sonra bu abidəni dağıtdılar. Abidəni dağıda bilərlər, amma tarixi silə bilməzlər.” – qeyd edib.
İrəvan şəhərini, Zəngəzuru, Zəngibasarı, Göyçəni, və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtın çatdığını bildirərək, Gürcüstanda yaşayan azərbaycanlıların tarixi torpaqlarında muxtariyyət respublikasının yaradılması məsələsini gündəmə gətirilməsini də F.Kərimov qeyd edib.

0.48888397216797