Partiya sədri iki tərəfli görüşlərə başlayıb

Baku News Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ALDP sədri Fuad Əliyev partiya və siyasi hərəkat rəhbərlərilə iki tərəfli görüşlərə başlayıb. İlk olaraq Fuad Əliyev BAP sədri Elşad Musayev və AĞ partiyanın başqanı Tural Abbaslı ilə görüşlər keçirib. Görüşdə  ölkədə demokratik mühitinin formalaşdırılması və partiyaları birləşdirən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu məsələləri ayrı-ayrılıqda, partiyaların üzv olduqları bloklarda, keçiriləcək tədbirlərdə və müsahibələrdə  gündəmdə saxlamaq barədə razılıq əldə olunub.

0.042742967605591