Partiya sədirləri ictimai-siyasi məsələləri müzakirə ediblər

Baku News Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Mətbuat Xidm'tinə istinadən xəbər verir ki, bu gün AMİP Qərərgahında ALDP sədri Fuad Əliyev və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi Arzuxan Əlizadə arasında görüş keçirilmişdir.

ALDP sədrinin təşəbbüsü ilə keçirilən görüşdə ölkədə demokratik mühitinin formalaşdırılması və partiyaları birləşdirən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Pandemiya dövründə Azərbaycan hökumətinin atdığı addımlar, görülən işlər və çatışmazlıqları da müzakirə edən partiya rəhbərləri, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində DTX və Prokurorluğun həyata keçirdiyi tədbirlərlə bağlı da fikirlərini bölüşmüşlər.

Görüşdə həmçinin müzakirə olunan məsələlərin bundan sonra da gündəmdə saxlanılması üçün mütəmadi məsləhətləşmələrin keçirilməsi barədə razılıq əldə olunmuşdur.

0.043328046798706