Partiya sədrindən 28 May təbriki

Baku News məlumatınagörə, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev 28 May- Respublika günü münasibətilə Azərbaycan xalqı təbrik edib. Təbrikdə deyilir:

Əziz həmvətənlər!

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası (ADR) elan edilib! ADR Şərqdə demokratik respublika elan edilərək, Türk və İslam dünyasında ilk Parlamentli Respublika ve ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində ADR rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların adları xalqımızın yaddaşına əbədi həkk olunub.

Əziz həmvətənlər!

Sizi Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May Respublika günü münasibətilə təbrik edirəm. Arzu edirəmk ki, Azərbaycanımız daha güclü, bütöv və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən biri olsun.

 

Fuad Əliyev

Azərbaycan Liberal Demokrat Partiyasının sədri

0.044507026672363