Partiya sədrin müşaviri: Əgər prezident bunu edibsə deməli məsələ çox ciddidir

“Həftə sonu sərt karantin rejiminin tətbiq olacağını biz xəbərdarlıq edirdik. ALDP sədri və partiya funksionerləri öz çıxışlarında karantin rejimi qaydalarına riayət edilmədiyi halda yoluxan insanların sayının artmasına və karantin rejimin sərtləşməsilə nəticələnəcəyini bildirirdik”
Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədin müşaviri Dinarə Məmmədova deyib.
D.Məmmədova bildirib ki, karantin rejiminin yumşalmasından sonra yoluxan insanların sayı və sağalanların sayı arasında böyük artım müşahidə olundu. Bu da vətəndaşların məsuliyyətsizliyindən baş verib.
“Hökumət məcburiyyət qarşısında qaldığından bu qərarı verib. Mən bunu dəstəkləyirəm və hesab edirəm ki, bu düzgün qərardı. Əgər yoluxanların sayı belə kəskin artmasaydı, məsələ ciddiləşməsəydi onda prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştrak edərkən tibbi maskadan istifadə etməzdi. Əgər prezident bunu edibsə deməli məsələ çox ciddidir. Ona görə hər bir vətəndaş məsuliyyəti dərk etməlidir. Biz hamımız məsuliyyətli olsaq onda tezliklə karantin rejim tam ləğv olunar.” – sonda Dinarə Məmmədova bildirdi.

0.089389085769653