Partiya sədrindən Cəmil Həsənliyə sərt sözlər

"Təəssüf ki o, Şura xalqın ümidini elə yaranan gündən puç etdi, axırda “Maski şou” oldu...."

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Milli Şura adlanan qurum və orada baş verənlər, sədri Cəmil Həsənlinin müxalifət nümayəndələrini “tryapka” adlandırmasına sosial səhifəsində münasibət yazıb.

Baku News Fuad Əliyevin statusunu təqdim edir:

- Təxminən 1984-cü ildən məhşur “Queen” qrupun fanatı olmuşam. Plastinka, kampakt disk alıb yığırdım. “Queen” grupun ifadə etdiyi bütün mahnılar mənim xoşuma gəlir, amma bir mahnı var, o, mahnı mənimlə bərabər milliyonların xoşuna gəlir. “Show must go on” – “Şou davam etməlidir” mahnısı. Niyə bu mahnı indi yadıma düşdü? Milli Şura hələ yaranmamışdan 4 ay öncə, belə bir təşkilatın təsis olunmasını və Rüstəm İbrahimbəyovun ona rəhbərlik edəcəyini ABŞ Dövlət Departamentində keçirilən görüşdə və bu təşkilatın yaradılmasında Rusiyanın rolunun olduğunu biləndən sonra, bu təşkilata üzv olmaqdan imtina etdim.

Daha sonra baş verən hadisələr bizim addımımızın düzgün olduğunu göstərdi. 2013-cü ildəki prezident seçkisində Rüstəm İbrahimbəyovun seçki şousı fiaskoya uğradıqdan sonra bir neçə təşkilat Şuranı tərk etdi. Rüstəm İbrahimbəyov indi də Suranın Fəxri sədr kimi bu şou göstərməyə davam edir. Çox təəssüf ki, Şurada tanıdığım və hörmət etdiyim dostlarımız hələ də oranı tərk etməyiblər. Və haradasa mənim Şura haqqında, özləri bilmədən, deyəcəyim fikirlərin qarşısını alırdılar. Hörmətli Cəmil Həsənlini tanıdığıma görə, dediyi bəzi fikirlərinə münasibət bildirmirdim. Amma Şuranın məlum on-line iclasının silsilə şousunun axırıncı seriyasında işlətdiyi ifadələr məni münasibət bildirməyə məcbur etdi. Belə ki, məlum iclasda səslənən siyasi etikadan və əxlaq normalarından uzaq fikirlər bir daha Milli Şurada bəzilərin hələ də 90-ci illərdəki düşüncədə qaldıqlarını göstərdi.

Milli Şuranın online iclaslarda qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların bu gün də eyni mövqedə, düşüncədə olduqlarını göstərdi. Siz iclaslarda siyasi, sosial və iqtisadi məsələləri müzakirə etmək əvəzinə, başa düşdüyiniz sözlə desəm, qeybətlə məşqulsuz. Başqaları təhqir edirsiz. Heç nəyə nail olmayan biri professoru təhqir edir. Başqası isə Universitetdə dərs dediyi bir zaman var idi, tələbələrdən qiymət yazmaq üçün rüşvət alırdı.

Biri isə “bakılı-rayonlu” söhbəti edir.... qadın olduğuna görə şəxsən mən keçirəm...

Bilirsiz, insan bir otağda tək olanda nə edirsə ona öyrəşir. Və vaxt geçdikcə o hərəkətləri cəmiyyətin içində olanda təkrar edir. Onun hərəkətləri vərdişi olur. Yəni ki, siz tək olanda olduğunuz otağda yerə tüpürürsüzsə, burnunuzu eşəliyirsizsə (çalışıram siz başa düşdüyünüz sözləri işlədim), bərkdən öskürəndə, asqıranda və (sizdən fərqli olaraq etikadan kənar çıxmıram) ya ... , bu hərəkətlər artıq vərdləşir. Və cəmiyyətdə olarkən siz bunları edirsiz, çünki bu sizin üçün artıq normaya çevrilib.

Hörmətli Cəmil müəllim. Siz Şuradan kənar müxalifət nümayəndələrini “tryapka” adlandırdınız. Görəsən hardan bilirsiz ki, hakimiyyətlə dialoqa gedənlər “tryapka” olur? Maraqlıdır. Biz sizdən fərqli olaraq bunu gizlətməmişik, bir görüşə dəvət alıb, getmişik. Bəlkə “tryapka” biz yox, sizsiniz?!

Bunları yazanda başqa bir maraqlı serial yadıma düşdü. “Maski şou” serialı. Təəssüf ki o, böyük bir adı daşıyan Şura, xalqın ümidini elə yaranan gündən puç etdi, axırda “Maski şou” oldu....

0.20112681388855