Partiya Avropa Parlamentin bəyanatını alqışladı

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Avropa Parlamentinin  Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə qəbul etdiyi bəyanatı alqışlayır.

Bu ilk dəfədir ki, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı Avropa Parlamentinin rəsmiləri tərəfindən birgə sənəd qəbul olunub. Bu sənəddə münaqişənin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub.

ALDP hesab edir ki, BMT-nin məlum 4 qətnaməsi, Avropa Parlamentinib bəyanatı işğalda olan torpaqların azad olunması üçün hüquqi əsas verir.

ALDP ümid edir ki, yaxın zamanda torpaqlarımız işğaldan azad olunacaq.

0.76832509040833