Partiya sədri: Ona dəstək verən məmurlar ölkədə gərginlik yaratmağa çalışırlar
“Hər şey ona hesablanıb ki, Qarabağı unut, ŞƏHİD ANASINI söy, DƏYƏRLƏRİ dağıt"
Baku News bildirir ki? bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Kanal-13-ə verdiyi müsahibəsində bildirib.
ALDP sədri hesab edir ki, Şəhid sözü olan yerdə heç bir müzakirə olmamalıdır. Şəhid bu vətən üçün, bu torpaq üçün, bizim hamımız üçün canından keçib və bu məsələyə hakimiyyət tərəfindən bir reaksiya olmaması təəcüblüdür.
"Ola bilər ki, Fuad Muradovun arxasında duran və ona dəstək verən məmurlar var. Onlarda ölkədə gərginlik yaratmağa çalışırlar"-Fuad Əliyev qeyd edtdi
Fuad Əliyev: "Bizə tariximizi, torpaqlarımızı unutdurmaq çalışırlar. Səbirli olmağa tövsiyə edirlər. Ehtiyatda olan polkovnik "Şuşanı vursaydıq, sülh danışıqlarını biz pozmuş olacaqdıq" deyir. "Ermənistan-Azərbaycan sülh platforması" yaratmışdılar. Vaxtı ilə Azərbaycanda yaşayan erməniləri bura gətizdirirdilər. Qohumları ziyarət etmək üçün aparırdılar qəbirsanlığa, baxalı restoranlarda yedizdirirdilər və yola salanda bəlkədə pul da verirdilər. Qarabağı unut, ŞƏHİD ANASINI söy, DƏYƏRLƏRİ dağıt. Hər şey buna hesablanıb. Amma unutdura bilməzsiz! Milli ruhu öldürə bilməzsiz."