Partiya sədri: Paşinyanın siyasətçi kimi naşı və təcrübəsiz

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev BakuNews.tv-yə müsahibə verib.

Fuad müəllim, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə qəbul etdiyi bəyanatına partiya sədri olaraq ilk reaksiya verdiz və bunu alqışladız. Sizcə bu bizə hansı imkanlar verir?

- Biz bəyanatımızda da qeyd etdik ki, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı Avropa Parlamentinin rəsmiləri ilk dəfə birgə sənəd qəbul ediblər. Bu sənəddə münaqişənin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Ermənistan üçün bu gözlənilməz idi. İndi biz bundan maksimum yararlanmalıyıq. Hakimiyyət bütün imkanları işə salmalıdır. Mən ümid edir ki, yaxın zamanda torpaqlarımız işğaldan azad olunacaq. Çünki BMT-nin məlum 4 qətnaməsi, Avropa Parlamentinin bəyanatı işğalda olan torpaqların azad olunması üçün bizə hüquqi əsas verir.

- Ermənistan üçün gözlənilməz olduğunu geyd etdiniz. Ümumiyyətlə, son bir ay ərzində Ermənistanda hakimiyyət böhranı müşahidə olunur. Paşinyana təzyiqlər güclənir...

- Bir gündə 3 güc strukturunda rəhbər vəzifə tutan şəxslər istefaya göndərirlər. Böhran deyilsə, bəs nədir onda? Bunu karantin rejimin qaydalarının pozulması ilə əlaqələndirdilər. Amma mən hesab edirəm ki, bu belə deyil. Hesab edirəm ki, bir gündə 3 güc struktur rəhbərinin istefası heç də təsadüf deyil.

- Fuad müəllim, son vaxtlar Paşinyanın adı korrupsiya, siqaret qaçaqmalçılığı, silah, narkotik alveri kimi məsələlərində hallanır. Paşinyan hakimiyyətə meydandan gəlib və qısa bir zamanda adı belə işlərdə hallanır. Onun belə 180 dərəcə dəyişməsini necə qiymətləndirərsiz?

- Paşinyanın siyasətçi kimi naşı və təcrübəsiz olduğunu, onun siyasətə “atıldığı” birinci gündən demişəm. Rusiyameyilli güvvələri hakimiyyətdən devirmək üçün, xarici dairələr, o vaxt siyasətçi kimi tanınmamış bir jurnalisti ələ alaraq, siyasətə “atdılar”. Sonradan külli miqdarda pul buraxdılar ki, “parlament inqlabı” etsin. İndi də bu verilən milliyonları qaytarmaq lazımdır. Ona görə də heç də təəccüblü deyil ki, adı silah, narkotik və digər məsələlərdə hallanır.

- Sizin fikrinizcə, bu istefalar və yuxarıda qeyd etdiyiniz məsələlər Paşinyan iqtidarını süquta gətirib çıxara bilərmi?

- Hər şey ola bilər. Birincisi, Paşinyan komanda daxili münasibətləri normallaşdırmalıdır. Bu da inandırıcı görsənmir. 3 ay bundan əvvəl təyin etdiyi nazir istefaya gedir. Bu onu göstərir ki, Paşinyan kadr seçimini düzgün edə bilmir və təyin etdiyi adamlar onun istəyilə oturub, durmurlar. İkincisi, Ermənistan müxalifətindən də indi çox şey asılıdır. Müxalifət Paşinyanın komandasındakı narazılıqdan istefadə edə bilsə, onlarla birləşə bilsə onda bu Paşinyanın sonu olacaq. Fikrimcə, Paşinyan bunun qabağını almaq istəyir və müxalifətə qarşı sərt tədbirlər görür.

0.10575199127197