Partiya sədri: Bu onların şəxsi maraqlarına xidmət etdiyini göstərdi
"Bu nə yanaşmadı, bu nə düşüncədir?"
ALDP sədri Fuad Əliyev cavabı daha kəskin oldu: “Milli Şuranın online iclaslarda qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların səviyyəsinin göstəricisidir. Bunlar iclaslarda siyasi, sosial və iqtisadi məsələləri müzakirə etmək əvəzinə, qeybətlə məşğuldurlar. Başqalarını təhqir edirlər. Həyatda heç nəyə nail olmayan biri professoru təhqir edir. Başqası isə universitetdə dərs dediyi bir zaman var idi, tələbələrdən qiymət yazmaq üçün rüşvət alırdı, indi isə xalqa mənəviyyatdan və əxlaqdan dərs deməyə çalışır. Neftin barelinin 14 dollara düşməsi hadisəsi ilə əlaqədar iclasda bir qadın hamını böyük ruh yüksəkliyi ilə Şura rəhbərliyini təbrik etməyə çağırır. ”Rüstəm Şou-Maski Şou"nu davam etdirən professor “yox, qiymət hələ axıra qədər aşağı düşməyib, düşüb başa çatsın sonra təbrik edərəm”- deyir. Bu nə yanaşmadı, bu nə düşüncədir? Böyük bir adı daşıyan Şura, xalqın ümidini elə yaranan gündən puç etdi və xalqın mənafeyinə yox, şəxsi maraqlarına xidmət etdiyini göstərdi".