Çempionlar Liqasının oyunları Portuqaliyada keçiriləcək - RƏSMİ

UEFA Çempionlar Liqası ilə bağlı cari mövsümün təqvimi müəyyənləşib. 

Bakunews.media xəbər verir ki, 7 avqustda cari mövsüm bərpa olunacaq.

Bütün qarşılaşmalar tək matçlı sistemlə keçiriləcək. 7-8 avqustda 1/8 finalın yerdə qalan dörd qarşılaşması baş tutacaq. Lakin oyunların harada keçiriləcəyi hələlik dəqiqləşməyib. Bu görüşlər ya meydan sahiblərinə məxsus stadionda və ya Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.

12-15 avqustda 1/4, 18-19 avqustda yarımfinal və 23 avqustda final görüşlərinin isə Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsi dəqiqləşib. Final “Benfika”nın stadionunda baş tutacaq.

Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bundan başqa, Çempionlar Liqasının finalının 2021-ci ildə İstanbulda, 2022-ci ildə Sankt-Peterburqda, 2023-cü ildə Münhendə və 2024-cü ildə Londonda keçirilməsi təsdiqlənib.

Həmçinin yerli federasiyalara avqustun 3-dək avrokuboklara gedəcək komandaları müəyyənləşdirmək tapşırılıb.

2020-ci ilin Superkubok qarşılaşması sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Superkubok matçı 2021-ci ildə Şimali İrlandiyanın Belfast, 2022-ci ildə Helsinki və 2023-cü ildə Rusiyanın Kazan şəhərində baş tutacaq.

Səbuhi Musayev

0.73407888412476