Həbib Nurməhəmmədovun atası koronavirusa qalib gəldi

UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanaf Nurməhəmmədov koronavirusdan sağalıb.

TASS xəbər verir ki, bu barədə döyüşçünün məşqçisi Xavyer Mendes məlumat verib.

X.Mendes bildirib ki, üç gün əvvəl H.Nurməhəmmədovdan atasının sağalması barədə mesaj alıb:

“Abdulmanaf Nurməhəmmədovun keçirdiyi ürək əməliyyatı ilə bağlı ağırlaşmaları olub, amma o, artıq koronavirus xəstəsi deyil”.

Xatırladaq ki, məşhur rusiyalı döyüşçünün atası aprelin 25-də insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. May ayında isə həkimlər onun COVID-19 virusuna yoluxması ilə bağlı məlumat vermişdi. Abdulmanaf Nurməhəmmədov Moskvada müalicə alırdı.

0.27025699615479