Azərbaycanlı idmançı dənizdə boğulub öldü - FOTO

Azərbaycanlı idmançı Anar Bağışov dənizdə boğulub.

Bakunews.media-ın xəbərinə görə, MMA ilə məşğul olan Anar Bağışov dünən Xəzər dənizinin Bilgəh qəsəbəsi hissəsində saat 13:00 radələrində üzərkən ölüb.

Ehtimala əsasən, onda qıcolma faktı olub. Onunla yanaşı üzənlərin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bağışovun cəsədini təxminən 4-5 saatdan sonra tapa bilib.

Qeyd edək ki, 21 yaşlı Anar Bağışov “Warriors” döyüş komandasında məşq keçib. Badamdar qəsəbəsində yaşayan gənc doğulduğu Masallı rayonunda dəfn olunub.

Səbuhi Musayev

0.36812591552734