Dinarə Məmmədova: Artıq Qərb də başa düşür ki, Paşinyan demokrat libasını dəyişib, avtoritar hakimiyyət qurub

“Ermənistanda nə baş verir? Necə oldu ki, Qərbdə demokrat sayılan Paşinyan demokratiyadan uzaqlaşdı? Vaxtı ilə özü parlament deputatı olaraq etiraz aksiyaları, yuruşlər, mitinqlər təşkil edirdi. Və deputat toxunulmazlığını götürmək üçün parlamentdə məsələni qaldırmırdılar. Amma indi isə Paşinyan, hökümətin üzvü, baş prokuror parlamentə, onun əsas rəqibi olan müxalifətçi deputat Tsarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərir. Və parlament Tsarukyanın toxunulmazlığını ləğv edir və bu qərar onun həbsinə yol açır. Paşinyanın əsas rəqibi olan Tsarukyana və müxalif partiyasının üç üzvünə cinayət işi açılır.”

 Baku News ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədova bildirib.

Dinarə Məmmədova hesab edir ki, Paşinyan Qərbin etimadını itirib:

“Ermənistanda indi siyasi böhrandır. Paşinyan indi çalışır bu siyasi böhrandan az itkilərlə çıxsın. Onun başçılıq etdiyi hökümətin bir gündə üç nazirin istefası, verilən anti-demokratik qərarlar həm daxildə, həm də xaricdə reytinqin düşməsinə gətirib çıxarıb. 

Məlum məsələdir ki, Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəlib. Və Qərb Paşinyanın anti-demokratik addımlarını görərək susur. Bu məsələdə hardasa Rusiyanın amili də var. Putin açıq şəkildə Koçaryanı və müxalifəti dəstəkləyir. Bir neçə dəfə təziyq edəndən sonra, Paşinyan məcbur oldu Koçaryanı azadlığa buraxsın. Qərbin Paşinyanın bu anti-demokratik addımlara susması, onu dəstəkləyənlərin Paşinyana etimadın itirilməsi ilə əlaqədərdir. Artıq Qərb də başa düşür ki, Paşinyan demokrat libasını dəyişib, avtoritar hakimiyyət qurub.” 

 

“İndi isə aydındır ki, Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır.”-ALDP sədrin müşaviri qeyd edib. 

0.080519199371338