190 manat birdəfəlik ödəmənin verilməsində medianın böyük rolu var

"Bu məbləğ az olsa da, verilən qərarı alqışlayıram."
Baku News ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva açıqlamasında bildirib. Baku News Lalə Quliyevanın açıqlamasını təqdim edir.
 
"ALDP olaraq xalqın qarşısında öz missiyamızı yerinə yetiririk. Vətəndaşın hər bir problemini çalışırıq müvafiq təşkilatlara çatdıraq, həllinə köməklik edək. Bu illər ərzində minlərlə şıkayət ərizələri qəbul etmişik. Hamısına kömək edə bilməsək də, deyə bilərəm ki, şikəyətçilərin əksəriyyətinə köməklik etmişik, onlar müsbət cavab alıblar. Həqiqətən bu bizi çox sevindirir. 
Sozsüz ki, bir partiya olaraq əsas məqsədimiz hakimiyyətə gəlməkdir. Amma bu gün hakimiyyətdə olmasaq da, hətta bizə müraciət edən bir vətəndaşın işini belə  müsbət həll edə biliriksə, bu bizi çox ruhlandırır. Deməli biz düzgün yoldayıq. 
Bu günlərdə Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında yeni qərar verib. Bu məbləğ az olsa da, verilən qərarı alqışlayıram. ALDP sədri Fuad Əliyev dəfələrlə öz müsahibələrində bu haqda öz fikirini bildirib. Onu da qeyd edim ki, təkcə bizim partiya bunu etmirdi, digər müxalif partiyalar da öz fikirlərini bildirdilər, gündəmdə saxlayırdılar. 
Bu məsələdə mən xüsusilə media nümayəndələrini qeyd etmək istəyirəm. Media nümayəndələri hər gün müxalifətin bu və digər təkliflərini işıqlandırırdılar. Və nəticə olaraq hakimiyyət müxalifətin çağırılışlarını eşidib bu qərarı qəbul edib.  Cəmiyyətimizdə bütün müsbət dəyişikliklərin baş verilməsində medianın böyük rolu var. 
Biz hamımız bu ölkənin vətəndaşıyıq. Və biz birlikdə olaraq bütün problemləri həll edə bilərik. Xüsusən Qarabağ məsələsində birlik nümayiş etdirib, torpaqlarımızı  işğaldan azad edə bilərik."
 
0.5829770565033