Bu gün Türkiyədə 18 nəfər koronavirusdan ölüb

Son sutka ərzində Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat yayıb. 

Məlumatda bildirilir ki, ölkədə ümumilikdə COVID-19-dan ölənlərin sayı 5 115 nəfərə çatıb.

Bu gün həmçinin 1374 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 198 613 nəfərə çatıb.

 

0.3120379447937