Partiya sədri: Öz xalqını və dövlətini sevən adam rüşvət və korrupsiyadan uzaq olar

"Məmurun təfəkkürü xalqa və dövlətin sevgisinə istiqamətlənməlidir."
Baku News ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında bildirib. Baku News ALDP sədrinin açıqlamasını təqdim edir.
 
"Baku News TV-nın “Açıq söhbət” verlişinin qonağı olarkən, bir fikir səsləndirdim. Dedim ki,  bəzən hökumətin vaxtında və düzgün verilən qərarlar səhv icra olunur. Və nəticədə yaxşı işin başlanması pis nəticə verərək vətəndaşlarda narazılıq yaradır. Nədən belə olur? 
Hesab edirəm ki, burada sistem və insan faktoru var. 28 ildir ki, Azərbaycan müstəqildir. Müstəqilliyin ilk illərində, Sovet dövründə idarəçiliyi bilən partiya, komsomol və icra strukturlarında işləyənlərə vəzifələr verildi. Təəssüf ki, bir müddətdən sonra məmurların əksəriyyəti korrupsiya və rüşvət “virusuna yoluxdular”. Neft gəlirlərin yüksək olduğu zaman bu virus məmurların qanına keçdi və məmur-oliqarx təbəqəsi yarandı. İdarəçilik yaddan çıxdı və oliqarx-məmurlar sanki yarışa çıxdılar – kim büdcədən daha çox pul silib, öz yaşayışını yaxşılaşdıracaq. 
Hazırda hakimiyyət iki ildir ki, kadr islahatı aparır, artıq yaşlaşmış məmurları nisbətən gənclərlə əvəzləyirlər. Onların da hardasa 30-40 yaşları var. Yəni ki, onlar Azərbaycanın müstəqillik dövründə böyüyüblər və çoxsu xaricdə təhsil alıblar. Nəzərə alsaq ki, xaricdə oxuyanların çoxsu varlı ailələrin uşaqlarıdırlar, bunların əksəriyyətində heç normal savad yoxdur. Bir də xaricdə təhsil almaq, hələ o demək deyil ki, bunlar idarəçiliyi bilirlər. 
İdarəçilik böyük bir məktəbdir. Sovet sistemində hansısa vəzifəyə təyinata öncə kadrın idarəetmə təcrübəsi əsas götürülürdü, hansı vəzifələrdə işləyib təcrübəsinə, idarəetmə qabiliyyətinə, təşkilatçılığı amillərinə üstünlük verilirdi. 
Düzdür, bu gün o sistem deyil, kadr islahatı prosesində yalnız xaricdə təhsil almaq, dil bilmək prinsipini əsas götürmək düzgün seçim deyil. Bu gün ölkəmizdə xarici dil bilən on minlərlə gənc var, xaricdə təhsil almadıqlarından irəli çəkilməyiblər. 
Fikrimcə, kadrın təyinatı onun təhsili və dil bilgisiylə əsaslandırılmalıdır. İdarəetmə qabiliyyəti və təcrübə əsas götürməlidir. Ona görə həmin fikrə qayıdıram ki, vaxtında və düzgün verilən qərarlar səhv icra olunur. Burada bütövlükdə sistem dəyişməlidir. İnsanların təfəkkürü, onların hadisələrə yanaşmaları dəyişilməlidir. 
Məmurlar başa düşməlidirlər ki, onlar dövlət qulluqçularıdılar. Məmurun təfəkkürü xalqa və dövlətin sevgisinə istiqamətlənməlidir. Öz xalqını və dövlətini sevən adam rüşvət və korrupsiyadan uzaq olar."
0.2343430519104