BMT iclaslarında qaldırılan məsələlərə çox zaman yekdilliklə səs verilmir
"BMT-yə üzv ölkələrin heç biri bu təşəbbüsdə olmadı."
Baku News xəbər verir ki, bu açıqlamanı Avrasiya.net-ə ALDP Qadınlar Şurasının sədri Lalə Quliyevə bildirib.
"Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təklifini 130-dan çox dövlətin dəstəkləməsi çox yaxşı haldır".
Onun sözlərinə görə, bu məsələnin çox böyük əhəmiyyəti var. Artıq 4 ay ərzində 10 milyon insan koronavirusa yoluxub və bu say artmaqdadır. Dünya gözə görünməyən düşmənlə mübarizə aparılır. 500 mindən şox insan bu "müharibə"nin qurbanı olub.
“Çox maraqlı bir faktı qeyd etmək istəyirəm. BMT Baş Assambleyasının iclaslarında qaldırılan məsələlərə çox zaman yekdilliklə səs verilmir. Bu məsələdə isə bir ölkə əleyhinə səs verdi, qalan ölkələr Prezidentin təşəbbüsünü dəstəklədi. Bizim ölkə üçün bu çox yaxşı haldır” – Lalə Quliyevə qeyd edib:
"Baxın pandemiya demək olar ki, yanvar ayından dünyada tuğyan edir. Baxmayaraq ki, artıq 6 aydan çox bütün ölkələrdə yoluxma, ölüm halları qeyd olunur, ancaq BMT-yə üzv ölkələrin heç biri bu təşəbbüsdə olmadı. Bu məsələdə Azərbaycanın təşəbbüskar olmağı və bu qədər ölkələrin dəstəyini alması sevindirici haldır”.