Tanınmış aparıcı iş yerini dəyişdi - FOTO

“İdman TV”nin tanınmış şərhçilərindən olan Ramiz Mirzəzadə idman jurnalistləri günündə iş yerini dəyişməyi qərara alıb.

Bakunews.media xəbər verir ki, o, öz istəyi ilə telekanaldan ayrılıb.

10 ildir ki, “İdman TV”də əsasən, futbol matçlarında şərhçilik edən və müxtəlif verilişlərin aparıcısı olan Ramiz Mirzəzadə bundan sonra ölkənin digər idman telekanalı “CBC Sport”da fəaliyyətini davam etdirəcək.

Səbuhi Musayev

0.29290509223938