Zidan Messinin “Barsa”dan getmək ehtimalına münasibət bildirdi
Madridin “Real” futbol klubunun baş məşqçisi Zinəddin Zidan “Barselona”nın ulduzu Lionel Messinin komandasını tərk etmək ehtimalı ilə bağlı iddialara münasibət bildirib.
Bu barədə Gazeta.ru məlumat yayıb.
“Mən nələrin baş verəcəyini bilmirəm. O, La Liqadadır və biz ən yaxşısını istəyirik”, - deyə, Z.Zidan bildirib.