Qorxunc statistika: ABŞ-da yeni yoluxma hallarında anti-rekord yeniləndi
Son doqquz gün ərzində ABŞ-da yeddinci dəfə yoluxma hallarının sayına görə anti-rekord qeydə alınıb.
Bu barədə “The Washington Post” məlumat yayıb.
Son sutkada ölkədə COVID-19-a 57 497-a nəfər yoluxub. Bundan əvvəlki anti-rekord isə bir gün öncə qeydə alınmışdı - 55 220 nəfər.
Xatırladaq ki, ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünya üzrə birinci yerdə qərarlaşıb.