Partiya sədri: Bu ölümə yol aça bilər, bu yolu bağlayaq

"Hamı səfərbər olmalıdır."

Baku News bildirir ki, bunu xalqcebhesi.az-a ALDP sədri Fuad Əliyev bildirib.

Onun fikrincə, karantin rejimində tətbiq edilən bütün məhdudiyyətlər hamı tərəfindən riayət edilməlidir. Çünki, bu problem ümumxalq problemidir və infeksiya ilə mübarizədən qalib çıxmaq üçün hamı səfərbər olmalıdır:

"Hər birimiz özü ilə yanaşı ailəsini, qohumunu, dostunu, tanışını, ümumilikdə, əhalini düşünməlidir. Virusla mübarizəni hökumətin üzərinə atmaq olmaz, onsuz da hökumət əhalinin sağlamlığını qorumaq istiqamətində bütün tədbirlərə əl atıb. Dayanmadan maariflənmə işləri aparılır, ekspert, həkim, mütəxəssis tövsiyyələri ictimailəşdirilir, əhalidən acizanə surətdə qaydalara riayət olunması xahişi edilir. Gəlin, bir az biz də insaflı olaq, qaydalara riayət edək, həyatımızı qoruyaq".

F.Əliyev qeyd edib ki, bunun üçün yalnız 3 sadə məhdudiyyətə əməl edilməsi tələb edilir: məsafə, maska, sanitar qaydalara riayət etmək.
Xüsusilə də əhalinin sıx təmasda olduğu məkanlarda bu qaydalara riayət edilməsi üzərində ictimai nəzarət olmalıdır: "Hər bir vətəndaş birlikdə bu mübarizəyə qoşulmalıdır.
Hamı bu tələblərə riayət etsə pandemiyaya əlvida deyə bilərik. Hazırda bu sahədə vahid dünya təcrübəsi mövcud deyildir. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün yeganə tələb qaydalara hamı tərəfindən və ciddi əməl etməkdir. Bir-birimizə, ətrafımızdakılara laqeyd qalmayaq, hamını düşünək. Məsuliyyətsizliyimiz ölümə yol aça bilər, bu yolu bağlayaq".

0.079385042190552