"Fikiləşirlər ki, hakimiyyətin yeni kamandası onları qəbul edəcək"
Baku News ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Yeni Müsavat" qəzetin suallarını cavablandıraraq bildirib. Müsahibəni təqdim edirik.
.
-Prezident Administrasiyasında görüşlər müxalifəti ümidləndirirmi?
ALDP olaraq ilk günlərdən iqtidar-müxalifət görüşünə çox normal yanaşmışıq. Çünki indiki dövrdə müxtəlif fikirlərin olması, fərqli təkliflərin müzakirə olunması ölkənin iqtisadi, epidemioloji durumdan çıxması üçün, həm də ölkədə yeni bir prosesin yaranması üçün təkan verə bilər. Partiyaların qeydiyyatdan keçməsinin sadələşdirilməsi və əngəllərin aradan qaldırılması pozitiv bir məsələdir. Müxtəlif siyasi partiyaların olması fikir müxtəlifliyinə, siyasi səhnənin rəngarəng olmasına dəlalət edəcək. Amma iqtidar-müxalifət dialoqu tamam fərqli bir məsələdir. Kiminsə şəxsi problemi varsa gedib görüşə bilər, bu başqa bir məsələdir. İqtidar-müxalifət görüşü olursa, bu cəmiyyətə mütləq açıq olmalıdır. İndi biz ilk, tanışlıq harakterli görüşdə iştrak etmişik. Bu görüşlərin davam olunmasında, olub-olmamasında müxalifətdən çox iqtidardan asılıdr. Bu proses ardıcıl və davamlı olmalıdır. Kampaniya xarakterli və protokol qaydasında olmamalıdır. Hardasa ümidim var ki, iqtidarın elan olunmuş islahat və yeni kurs kağız üzərində qalmaz. Azərbaycan demokratik və güclü dövlət olduğunu zaman göstərəcək.
-Bu prosesi zədələmək istəyən, pozmaq istəyən ola bilərmi?
Bu prosesi pozmaq istəyənlərə, onu deyə bilərəm ki, bunlar həmişə olub və olacaqda. Artıq iqtidara yaxın olanlar bunu açıq bəyan edirlər. Bəzi keçmiş deputatların və Fəzail Ağamalının silsilə açıqlamalar bunun sübutudur. Vaxtı ilə Ramiz Mehdiyevin kölgəsində “sığınacaq” tapanlar, onun yazdığı kitabları bəh-bəhlə tərifləyənlər, indi başlayıblar onun keçmiş “sirlərini” açmağa. Halbuki, biz bunları bilirdik və deyirdik. Bu adamlar AXC-ni “sataraq” keçmişdilər Ramiz Mehdiyevin tərəfinə. İndi isə özlərini ondan “təmizləmək“ üçün, sığortalanmaq üçün onu “satırlar” və fikiləşirlər ki, hakimiyyətin yeni kamandası onları qəbul edəcək. Hesab edirəm ki, bu təxribatın bir hissəsidir. Maliyyə resursların olunması baxımnan vurulanlar, komandadan uzaqlaşdırılanlar təxribat törədib, prosesi zədələmək istəsələr belə, onlarda heçnə alınmayacaq. Proses artıq qedir.
P.S.
"Yeni Müsavat" qəzetinin suallarına ALDP sədri Fuad Əliyevin tam mətni.