Bakıda 59 yaşlı kişi intihara cəhd etdi, kəndir qırıldı
Bakının Xətai rayonunun sakini intihar etmək istəyib.
Hüquq-mühafizə orqanlarından Bakunews.media-a verilən məlumata görə, iyulun 19-da saat 20:10 radələrində 1961-ci il təvəllüdlü Sahib Nəsirov özünü Sarayevo küçəsindəki 13 nömrəli evin qarşısındakı ağacdan asmağa cəhd edib. Xoşbəxtlikdən, kəndir qırılıb və kişi yerə yıxılıb. O, xəsarət almayıb.
Hazırda 34-cü Polis Bölməsinin əməkdaşları həmin şəxsi intihara təhrik edən səbəbi müəyyənləşdirirlər.
Ramella İbrahimxəlilova