Ramzan Kadırov gerneral-mayor rütbəsi aldı

Rusiya prezidenti Vladimir Putin Çeçenistan Respublikasının başçısı Ramzan Kadırova general-mayor rütbəsi verib.

“Komsomolskaya Pravda”nın məlumatına görə, Çeçenistan rəhbəri fərmanın mətnini “İnstagram” səhifəsində yerləşdirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı Putin özü şəxsən sərəncamı oxuyub və təbrik edib.

O da bildirilir ki, general-mayor Ramzan Kadırov DİN-dən Rusiya Qvardiyasına köçürülüb.

0.29466700553894