Koronavirusu neytrallaşdıran anticisim qarışığı hazırlanıb
Elm adamları koronavirusla mübarizədə effektiv kömək edən və insanları qoruya biləcək anticisimlərin qarışığını yaradıb.
Bu barədə “The Guardian” xəbər yayıb.
Nəşrin bildirdiyinə görə, Nyu-Yorkda yerləşən Kolumbiya Universitetinin alimləri COVID-19-un ağır formasından sağalan 40 xəstədən anticisim nümunələri toplayıblar, həmçinin koronavirusa qarşı immuniteti olan beş insanda 60 anticisim müəyyən ediblər.
Bu anticisimlərdən doqquzu COVID-19 virusunu effektiv şəkildə neytrallaşdırılıb.
“Biz çox aktiv anticisimləri təcrid etdik və bunların əsasında dərman hazırlana bilər. İnanırıq ki, bunlardan koronavirusla yoluxmağın qarşısını almaq üçün istifadə olunacaq”, - deyə, alimlər bildiriblər.
Anticisimlərin klinik sınaqlarına bu ilin sonunda başlanacağı gözlənilir.