Braziliya prezidenti COVID-19 testinin nəticəsini açıqladı

Braziliya Prezidenti Jair Bolsonaru təkrar koronavirus testi verib və nəticələr mənfi olub.

Bu barədə ölkə başçısı “Twitter” hesabında paylaşım edib.

“SARS-CoV-2” testimin nəticələri mənfidir. Hər kəsə xeyirli günlər”, - deyə J.Bolsonaru bildirib.

Xatırladaq ki, Braziliya prezidenti 7 iyulda virusa yoluxduğunu açıqlamışdı.

0.4458019733429