Hindistan Çin ilə sərhəddə daha 35 min əsgər yerləşdirəcək

Hindistan yaxın gələcəkdə ölkəni Çindən ayıran faktiki nəzarət xətti boyunca əlavə 35 minlik qoşun yerləşdirməyə hazırlaşır.

Bu barədə “Mint” qəzeti məlumat yayıb.

Bildirilir ki, sərhəd bölgəsindəki vəziyyətin normallaşdırılmasına dair Hindistan - Çin razılaşmaları hələ yerinə yetirilməyib və mövcud vəziyyət orada əlavə qüvvələrin yerləşdirilməsini tələb edir.

Bundan əvvəl Çinin Şərqi Ladakx bölgəsindəki faktiki nəzarət xəttindən qoşunlarının yalnız bir hissəsinin geri çəkdiyi bildirilmişdi. Hindistan bu prosesi tam hesab etmir.

0.92282390594482