Avstraliya hökuməti Sidneyi koronavirusun yeni ocağı elan etdi
Avstraliyanın ən böyük şəhəri Sidney ölkədə koronavirusun yeni ocağı elan edilib.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Kvislend ştatının baş naziri Anasteyşa Palaşşuk bəyan edib.
“Sidney artıq COVID-19-un ocağı elan edilib. Bundan sonra Sidneydən heç km Kvinslendə buraxılmayacaq”, - deyə o, özünün “Twitter” hesabında bildirib.
BREAKING: Queensland will close its borders to all of Greater Sydney. From 1am Saturday, more hotspots will be declared and no one from Sydney will be allowed into Queensland. #COVID19au pic.twitter.com/044iZeTZ1g
— Annastacia Palaszczuk (@AnnastaciaMP) July 29, 2020
Baş nazir onu da vurğulayıb ki, yeni qaydalar Sidneydən qayıdan Kvinslend sakinlərinə aid deyil. Onlar sadəcə ştata qayıdandan sonra öz hesablarına iki həftə oteldə təcrid olunmalıdırlar.