ABŞ koronavirus məlumatlarının təhlili üçün superkompüterdən istifadə edəcək
ABŞ-da koronavirusla bağlı məlumatların emalı üçün superkompüterdən istifadə olunacaq.
Bu barədə ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Söhbət ABŞ-ın Milli Laboratoriyasında yerləşən “Summit” superkompüterindən gedir. Sözügedən komputer IBM korporasiyası tərəfindən yaradılıb.
Son iki ildə “Summit” dünyanın ən sürətli komputeri hesab olunsa da, 2020-ci ilin iyununda bu statusu itirib. Hazırda bu status Yaponiyanın “Fuqaku” superkompüterinə məxsusdur.
COVID-19 məlumatlarının mübadiləsi və təhlili proqramına həmçinin ABŞ-ın Energetika Nazirliyi də cəlb olunub. Proqramın yekun məqsədi yoluxanlara kömək edə biləcək dərman və peyvəndin yaradılmasıdır.