Qəbələdə avtomobil maneəyə çırpılıb, ölən var

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 30-da saat 2:00 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində Soltannuxa kənd sakini İman Eyvazov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Nəticədə, sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

0.41336584091187