ABŞ-li bloqer 26 “Tesla” elektromobilini pulsuz paylayacaq - FOTO

“MrBeast” kimi tanınan ABŞ-li bloqer Cimmi Donaldson 26 “Tesla” elektromobilini hədiyyə etmək qərarına gəlib. Bloqer bu yolla 26 yaşını qeyd edəcək.

“MrBeast” bu barədə “Instagram” səhifəsində yazıb.

Donaldson qeyd edib ki, o, 25 ağ “Tesla Model 3” sedanı və bir “Tesla Cybertruck” pikapı hədiyyə edəcək. Hədiyyə kampaniyasında onun səhifəsinin yalnız ABŞ, Avstraliya, Böyük Britaniya, Hindistan, Kanada, Meksika, Almaniya, Cənubi Koreya, Fransa, Çili və Yaponiyada yaşayan 18 yaşdan yuxarı abunəçiləri iştirak edə bilərlər.

Hədiyyə kompaniyası mayın 10-dək davam edəcək və mayın 14-də bloqer qaliblərin adını açıqlayacaq.

Maraqlıdır ki, “Tesla”nın bu kampaniya ilə heç bir əlaqəsi yoxdur və bunun üçün heç bir avtomobil təqdim etməyib, bloqer özü onları alıb. Üstəlik, qaliblər istəsələr, elektromobillərdən imtina edib nağd pul ekvivalentini - “Tesla Model 3” üçün 39 min dollar və “Tesla Cybertruck” üçün 120 min dollar götürə biləcəklər.

Mənbə: focus.ua

0.33021593093872