Bakı sakinindən tapança götürülüb

Bakı şəhər sakinindən bir ədəd tapança, bir ədəd patron darağı və altı ədəd patron götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağalarovdan 4 qram metamfetamin, bir ədəd “Makarov” markalı tapança, bir ədəd patron darağı və altı ədəd patron götürülüb.

0.41439008712769