Nərimanovda ağır qəza: Xəsarət alan var
Bakının Nərimanov rayonunda 32 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Nərmin Bayram qızı Hacıyeva xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.